Niyə Speak.az?

Sizə lazım olan ən aktual mövzular
Online danışıq klubunda gündəlik həyatda ən çox lazım olan mövzulara üstünlük verilir

Daha çox danışıq təcrübəsi ilə daha sürətli təkmilləşmə
Xarici dili öyrənməyin və inkişaf etdirməyin effektiv yolu - gündəlik aktiv istifadədir.

İlk aydan etibarən nəticəni hiss edəcəksiniz
Peşəkar moderatorların yardımı ilə xarici dildə səlis fikir bildirmək bacarıqlarınız təkmilləşəcək. Online klublarda iştirakçı sayı maksimum 5-6 nəfərdir.
Speak.az necə çalışır?
1. QEYDİYYATDAN KEÇİN
Saytın yuxarı hissəsindəki "Register" bölməsindən sadə qeydiyyatı tamamlayaraq, şəxsi kabinetinizə daxil olursunuz.
2. XARİCİ DİLDƏ DANIŞIQ SƏVİYYƏNİZİ MÜƏYYƏNLƏŞDİRƏK
Şəxsi kabinetinizdən qatılmaq istədiyiniz xarici dil üzrə "Sorğu göndər" düyməsini klik edirsiniz və açılan pəncərədən Whatsapp hesabına keçid edirsiniz. Whatpsapp-da sizə təqdim edilən 2-3 sualla cavabı səsli mesaj şəklində bizə göndərirsiniz. Moderatorlarımız dəyərləndirmə etdikdən sonra nəticəni kabinetinizdə görə biləcəksiniz. Məqsəd, bərabər dil səviyyəsindəki şəxsləri eyni qrupda toplamaqdır.
3. SINAQ DƏRSİNƏ QATILIN
Şəxsi kabinetinizdən "Sınaq müddətini aktiv et" düyməsini klik edərək, həmin gün ərzində istənilən sınaq dərsində iştirak edə bilərsiniz.
3. ÖDƏNİŞ EDƏRƏK HESABINIZI AKTİVLƏŞDİRİN
İştirakla bağlı müsbət qərar verdikdən sonra "AKTİVLƏŞDİRİN" düyməsini klik edib Online Ödəniş prosedurunu tamamlayırsınız. Ödəniş sistemi abunəlik mexanizmi ilə çalışır. Hər hansı gün dərsə daxil olmadığınız hal olarsa, həmin gün də hesabınızdan silinir və aylığın tamamında paket deaktiv olur.
4. ONLINE DANIŞIQ KLUBUNA QOŞULUN
Öncəki bütün mərhələləri tamamladıqdan sonra kabinetdə xarici dil səviyyənizə uyğun moderator, gündəlik dərs saatı, mövzu siyahısını görəcəksiniz. Sizə uyğun saatın qarşısındakı "Reserv" düyməsini klik etməklə yerinizi tutursunuz (dərs rezerv etmək dərsdə iştirak etməyə bərabərdir). Dərs başladıqda isə "QOŞULUN" düyməsini klik edib virtual otağa keçid edə bilərsiniz. Gün ərzində maksimum 1 dərsdə iştirak haqqınız vardır. Hər dərs 1 saatdır.
XARİCİ DİL BİLİKLƏRİNİZİ
AKTUAL SAXLAYIN
Seçilmiş moderatorlarla səlis nitqinizi daim təkmilləşdirin